"Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev səfərdə "Neftçi"yə 0:4 hesabı ilə uduzduqları matçdan sonra mətbuat konfransında oyun barədə fikirlərini açıqlayıb:
" Bəlkə də bu mövsümdə ən zəif oyunumuzu keçirdik. İnanıram ki, qarşıdakı matçlarda daha məzmunlu "Qəbələ" görəcəyik. Mövsüm ərzində bütün dövrələrə baxmaq lazımdır. Oyun oyundan fərqlənir. Bu komandaya inanıram. Futbolda ehtimala yer yoxdur. Yanaşmamız düzgün olmalıdır ki, nəticə qazanaq. Sıxıntılarımız olur. Amma bunu bugünkü matçla əlaqələndirməzdim. İlk qolu standart vəziyyətdən buraxdıq. Səhvdən sonra toparlanmaq çətin olur. Amma futbol səhvlər oyunudur. Səhvinə görə Nicat Mehbalıyevi kəsib-atmaq doğru deyil. Onu qazanmalıyıq. Nə qədər səhv etsə də, Nicata dəstək olacağam. Mənim də səhvim olur. Hər şeyi normal qarşılamaq lazımdır".