"Səbail"in baş məşqisi Aftandil Hacıyev səfərdə "Sabah"a 0:1 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında qarşılaşma haqqında fikirlərini açıqlayıb:
"Son oyunda bir qədər həvəsdən düşsək də, bu matçda pis çıxış etmədik, futbolçularıma təşəkkür edirəm. Qarşılaşma maraqlı alındı. Rəqibin gücü bəllidir. İstədiyimiz qələbəni əldə edə bilmirik. Zədəlilər, cəzalılar var. İlk hissədə ciddi qol epizodu olmadı. İkinci yarıda daha çox hücuma çıxmağa çalışdıq. Ədilxan Qarəhmədovun 100 faizlik qol imkanı matçın dönüş nöqtəsi ola bilərdi. Amma həmin imkanı əldən verib dərhal qol buraxdıq. Buraxılan qoldan sonra oyunu çevirməyə çalışsaq da, alınmadı. Qarşıda fasilə var. Bundan yararlanmağa çalışacağıq".