bazar ertəsi, 25 noyabr 2024

DÜNYA FUTBOLU

Yusuf Yazıcı Rusiya futbolunun tarixinə düşüb

20.03.2022 18:11 Oxundu 576

Moskvanın CSKA komandasının futbolçuları Rusiya çempionatının 22-ci turunuda öz meydanında Kazan “Rubin”ini məğlub edib.
Moskvada keçirilən görüş 6:1 hesabı ilə başa çatıb. Ordu klubunun tərkibində Yusuf Yazıcı (5, 67 və 86-cı dəqiqələr) het-trik edib. Digər qolları Jan-Filip Qbamen (11), Xesus Medina (24) və Xorxe Karraskal (26) vurub. Kazan komandasından yeganə qola Konstantin Kuçayevə (38) imza atıb. 44-cü dəqiqədə "Rubin"in futbolçusu Aleksandr Lomovitski iki sarı vərəqə alaraq meydandan qovulub, 85-ci dəqiqədə isə onun komanda yoldaşı Silvi Beqiç eyni səbəbdən meydanı tərk edib.
Yazıçı Rusiya Preyer Liqası tarixində keçirdiyi 4 debüt görüşünün hər birində fərqlənməyi bacaran ilk legioner olub. Bu cür parlaq oyun göstərməsinə baxmayaraq matçın ən yaxşısı Yazıçı yox, Qbamen seçilib.