20.03.2022 18:34
480
“Cempion.az” “Daily Star”a istinadən bildirir ki, "Mançester Siti"nin hücumçusu Qabriel Jezus karyerasını İtaliya çempionatında davam etdirə bilər. "Yuventus" braziliyalının transferində maraqlıdır.
"Siti" futbolçunun 65 milyon funt-sterlinqə satışı ilə bağlı təklifləri nəzərdən keçirməyə hazırdır. Əldə olunan pulu "şəhərlilər" Dortmund "Borussiya"sının hücumçusu Erlinq Haalandın alınmasına xərcləmək niyyətindədir.