çərşənbə, 23 aprel 2025

DÜNYA FUTBOLU

Sergi Roberto "Barselona" qalacaq?

20.03.2022 18:38 Oxundu 499

Sergi Roberto bu həftə "Barselona" ilə yeni müqavilə imzalamaq imkanını müzakirə edəcək.
"Cempion.az" "Mundo Deportivo"ya istinadən xəbər verir ki, "Barselona"nın yarımmüdafiəçisi Sergi Roberto komandadakı mövqeyini müzakirə etmək üçün bu həftə klubla görüşəcək. Tərəflər hələlik yeni müqavilə ilə bağlı razılığa gəlməyiblər. Robertonun "Barselona" ilə hazırkı müqaviləsi bu yay başa çatır.