20.03.2022 22:22
482
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola komandasının İngiltərə Kubokunun 1/4 finalında “Sauthempton” üzərində qələbəsini (4:1) şərh edib.
"İlk 20-25 dəqiqəyə yaxşı başladıq. İlk hissənin son 15 dəqiqəsində oynamağı unudduq. "Sauthempton" ən yaxşı və ən mütəşəkkil komandalardan biridir. Bizi inanılmaz intensivliklə sıxışdırdılar. İkinci hissədə həm xarakter, həm də oyun baxımından daha yaxşı oynadıq. Bu, narahat qələbə idi, lakin indi fasilə olacaq, bundan sonra biz üç turnirdə imübarizəmizi davam edəcəyik", - Sky Sports Qvardioladan sitat gətirir.