21.03.2022 11:13
571
"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti La-liqanın 29-cu turundakı El Klasikoda "Barselona"dan aldığı dağıdıcı məğlubiyyətdən (0:4) sonra özünün günahkar olduğunu söyləyib.
"Komandam özlərinə oxşamırdı, hər şey pis getdi. Başlanğıc yaxşı idi, lakin qol buraxdıqdan sonra həm topa, həm də oyuna nəzarəti itirdik. Fasilədə futbolçulardan xahiş etdim ki, hücumu daha da gücləndirsinlər. Amma qol vura bilmədik. Üstəlik, yaranan problemlərə görə ikinci hissənin debütündə iki dəfə qol buraxdıq. Dram yaratmağa ehtiyac yoxdur, bugünkü məğlubiyyət məşqçilikdir, yəni mənim günahım”, - Ançelotti "Marca"dan sitat gətirir.