21.03.2022 16:27
450
Rusiya Federasiyası Dövlət Dumasının deputatı Svetlana Jurova “Rubin”in yarımmüdafiəçi Xviçi Kvaratsxeliyanın Gürcüstan millisinin düşərgəsinə getdikdən sonra aldığı təhdidlərə görə geri qayıtmayacağı barədə xəbərlərə münasibət bildirib:
"Yarlıq asmazdım. Mövcud vəziyyət sağlam təhlil üçün münasib deyil. Hər kəs öz yaxınları üçün narahatdır. Kvaratsxeliyanı qınamağa haqqım yoxdur. Onun karyerasını hələ də Rusiyada davam etdirməsinə görə ölkəsində problem yarana bilər. İstək ondan gəlməlidir. Bəlkə futbolçuya tamamilə Rusiyaya köçmək lazımdır? Amma bunun nəticəsinin nə ola biləcəyini heç kim deyə bilməz. Rusiyaya qayıtmaq qərarına gəlsə, onda burada hamı onun vətəndaşlıq almasına kömək etməyə çalışacaq. Ailəsinə kömək etmək lazımdır”, - Jurova SE-yə bildirib.