21.03.2022 16:47
488
Rusiyanın Ukraynaya müdaxiləsi ilə əlaqədar dünya ölkələrinin tətbiq etdiyi sanksiyalar futboldan da yan keçmir. Əcnəbi futbolçular Rusiyada oynamaqdan imtina edirlər.
Moskva vilayətinin təmsilçisi “Ximki”nin Müşahidə Şurasının üzvü Roman Teryuşkov hesab edir ki, əcnəbilərin getməsi ilə əlaqədar mövsümün sonunda heyətlərdə dəyişkənlik olması üçün Rusiya çempionatının klublarına yerli futbolçuların sifariş ərizəsinə salınmasına icazə verilməlidir.
"Cəmi səkkiz tur qalıb, üstəlik, hər kəs kifayət qədər uzun skamyaya malik deyil. Bu problemi xəfiflətmmək üçün ikinci heyətdən yerli futbolçuların əsas heyətə əlavə edilməsinə icazə vermək olar. Aprel ayında kiçik bir pəncərə yaratmaq olar ki, komandaların rotasiya imkanları olsun. Məsələn, "Krasnodar"dan səkkiz futboçu gedib. Bu, demək olar ki, məşqçilər korpusunun güvəndiyi əsas heyətdir. Ona görə də indiki vəziyyətdə transfer pəncərəsinin açılmasını təklif edərdim", - deyə Betonmobile.ru Teryuşkovdan sitat gətirir..