çərşənbə axşamı, 22 aprel 2025

BİZİM FUTBOL

"Sabah" hücum xəttini gücləndirir

21.03.2022 16:59 Oxundu 502


“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib. Braziliyalı hücumçu Lukas Rangellə mövsümün sonuna kimi müqavilə bağlanıb.

27 yaşlı futbolçu karyerası ərzində ölkəsinin “Qremio Barueri” (2015), “Foz do İquaçu” (2015), “İtumbiara” (2016), Albaniyanın “Kukesi” (2016/17), Avstriyanın “Kapfenberger” (2017/18), Finlandiyanın “KuPS” (2018-2020), Türkiyənin “Adana Demirspor” (2020/21) klublarında çıxış edib. Lukasın son klubu Ukrayna “Vorskla”sı (2021/22) olub.

Yeni transferimiz “Sabah”da 73 nömrəli formada çıxış edəcək.