bazar, 24 noyabr 2024

DÜNYA FUTBOLU

UEFA Rusiya və Ukraynadakı əcnəbilərlə bağlı qərar verdi

22.03.2022 11:05 Oxundu 436


Avropa Futbol Assosiasiyaları Birliyi (UEFA) Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının 1/4 final mərhələsinin bütün iştirakçı komandalarına Rusiya və Ukrayna çempionatlarındakı futbolçularını qeydiyyatdan keçirməyə icazə verib.

UEFA İcraiyyə Komitəsi qərarı martın 21-də verib. Hər komandaya aprelin 1-dək sayı 2 nəfərdən çox olmayan oyunçu daxil ola bilər.

Xatırladaq ki, bundan əvvəl FİFA Rusiya çempionatında çıxış edən əcnəbi futbolçulara komandaları ilə müqavilələri birtərəfli qaydada mövsümün sonuna qədər dayandırmaq icazəsi vermişdi.