22.03.2022 12:06
482
Hücumçu Paulo Dibala "Yuventus"la müqaviləsini yeniləməyib və bu yay azad agent kimi komandadan ayrılacaq. Bu məlumatı Turin klubunun baş direktoru Mauritsio Arrivabene də təsdiqləyib.
"Biz bu qərarı hələ yanvarda vermişdik. Ona indikindən aşağı bir məbləğ təklif edə bilərdik, lakin bu, oyunçuya qarşı hörmətsizlik olardı. Artıq qərar verilib. Yanvar transferləri, Vlahoviçin gəlişi ilə Paulonun rolu artıq bizim layihəmizin prioriteti deyil. Ona görə də bu qərar daha üstün oldu”, – “Tuttomercatoweb” Arrivabenenin sözlərindən sitat gətirir.
Argentinalının "Yuventus"la hazırkı müqaviləsi 2022-ci ilin iyununa kimi hesablanıb. Dibala 2015-ci ildən Turin klubunda çıxış edir. Ümumilikdə futbolçu komandanın heyətində 283 oyun keçirib, 113 qol vurub və 48 məhsuldar ötürmə edib.