bazar ertəsi, 25 noyabr 2024

DÜNYA FUTBOLU

UEFA maliyyə fair-play sistemini dəyişir

23.03.2022 12:56 Oxundu 682

UEFA maliyyə fair-play sistemini (FFP) dəyişməyi və maksimum maaş həddini aradan qaldırmağı planlaşdırır.
"Cempion.az" “The New York Times” istinadən xəbər verir ki, bir ildən artıqdır Avropa futbolunun rəhbər orqanı top-klublarla zəngin klubların xərclərini məhdudlaşdıracaq və rəqabəti artırmaq üçün nəzərdə tutulmuş xərclərə nəzarət mexanizmi olan FFP-ni əvəz edəcək yeni model haqqında danışıqlar aparır. Yeni qaydalara əsasən, komandalar üçün xərcləmə limitləri illər keçdikcə azalacaq. Dəyişikliklərdən sonra klublar gəlirlərinin 90 faizinə qədərini futbol ehtiyaclarına xərcləyə biləcək, sonrakı üç ildə isə bu rəqəm 70 faizə enəcək. Bununla bərabər maaş məhdudiyyəti aradan qaldırılacaq.
Layihə gercəkləşərsə, Fair Play sisteminin adı dəyişdirilərək Maliyyə Sabitliyi Qaydaları olacaq.