bazar ertəsi, 25 noyabr 2024

DÜNYA FUTBOLU

Yuri Syomin: " İndi kimin qayıdacağını, kimin qayıtmayacağını proqnozlaşdırmaq çətindir"

23.03.2022 13:24 Oxundu 614

Gürcüstan millisindəki matçlardan sonra “Rubin”in yarımmüdafiəçisi Xviçi Kvaratsxeliyanın komandaya qayıtma ehtimalı Kazan futbol klubunun bu istiqamətdə gördüyü işlərdən asılıdır. “Cempion.az”  xəbər verir ki, bu sözləri Moskva “Lokomotiv”inin keçmiş baş məşqçisi Yuri Semin “RİA Novosti”yə deyib.
"İndi kimin qayıdacağını, kimin qayıtmayacağını proqnozlaşdırmaq çətindir.  Kvaratsxeliyanın qayıdıb-qayıtmayacağı yəqin ki, klubun işidir. Amma onu qeyd etməliyəm ki,  bizim çempionatımızda o, çox diqqət çəkən, çox bacarıqlı və perspektivli oyunçudur. Çempionatımız hücumçunun mümkün gedişindən uduzacaqmı? Bu suala cavab verməyə hazır deyiləm”, - deyə Syomin bildirib.
Kvaratsxeliya hazırda Gürcüstan millisinin düşərgəsindədir. Xatırladaq ki, Beynəlxalq Futbol Federasiyası (FİFA) Rusiya çempionatında çıxış edən legionerlərə Ukraynada vəziyyətin gərginləşməsi ilə əlaqədar birtərəfli qaydada klublarla müqaviləni 2022-ci ilin yayına qədər dayandırmağa icazə verib. Çərşənbə axşamı mətbuat hücumçunun karyerasını Gürcüstanın hazırkı çempionu Batumi "Dinamo"sunun tərkibində davam etdirə biləcəyini yazıb.