bazar ertəsi, 25 noyabr 2024

DÜNYA FUTBOLU

Türkiyə millisi Qətərə vəsiqə qazana bilmədi

25.03.2022 10:21 Oxundu 657


2022-ci il dünya çempionatının Avropa zonası üzrə pley-off oyunlarına start verilib.

Türkiyə, İtaliya və Avstriya yığmaları 2022-ci il dünya çempionatına vəsiqə qazana bilməyib.

Portu şəhərindəki "Draqau" stadionunda təşkil olunmuş Portuqaliya - Türkiyə qarşılaşmada ilk iki qolu birinci hissədə Portuqaliya millisinin futbolçuları Otavio və Dioqu Jota vurub. Matçın 65-ci dəqiqəsində Türkiyə millisinin kapitanı Burak Yılmaz fərqi azaldıb. Lakin o, 85-ci dəqiqədə penaltini dəqiq yerinə yetirə bilməyib. Almaniyalı referi VAR sisteminə müraciət etdikdən sonra 11 metrlik cərimə zərbəsi təyin etsə də, təcrübəli hücumçu topu qapıdan kənara vurub. Matçda son nöqtəni isə meydan sahiblərinin futbolçusu Mateus Nunes 90+4-cü dəqiqədə qoyub.

Uels- Avstriya oyunu 2:1 hesabı ilə britaniyalıların xeyrinə qurtarıb.  Uels yığmasının lideri Qaret Beyl isə 25-ci və 51-ci dəqiqələrdə dubl edərək, komandasını finala daşıyıb. Onun komanda yoldaşı Ben Devis avtoqol müəllifi olsa da, qələbə yenə britaniyalıların olub. Uels finalda iyuna təxirə salınmış Şotlandiya - Ukrayna görüşünün qalibi ilə üz-üzə gələcək.
İsveç- Çexiya oyununun əsas vaxtında hesab açılmayıb. Əlavə vaxtda İsveçlilər bir qol vuraraq mübarizəni davam etdirmək hüququ qazanıb.
İtaliya - Şimali Makedoniya oyunu isə sensasiya ilə başa çatıb. Makedoniyalı Aleksandar Traykovskinin 90+2-ci dəqiqədə vurduğu qol İtalyanların Qətərə yolunu bağlayıb.
Beləliklə, martın 29-da keçiriləcək final görüşlərindəaşağıdakı çütlüklər qarşılaşacaqlar:

Uels - Şotlandiya / Ukrayna cütünün qalibi
Portuqaliya - Şimali Makedoniya
Polşa - İsveç

Qeyd edək ki, pley-off mərhələsində sonra dünya çempionatına yollanacaq daha 3 yığma bəlli olacaq. Mundial noyabrın 21-dən dekabrın 18-dək Qətərdə təşkil olunacaq.