25.03.2022 17:32
459
İtaliya – Şimali Makedoniya oyununun nəticəsi sensasiya və sarsıntıdır, bunu başqa cür adlandırmaq olmur. Mançininin komandası ilk dəqiqədən son dəqiqəyə kimi üstün oldu. Yaxşı, ən zəif pley-off komandasına qarşı öz meydançasında hazırkı Avropa çempionundan kimsə başqa cür oyun gözləyərdimi? Makedoniyalılar üçün pley-offa düşmək özü artıq gözlənilməz müvəffəqiyyət sayılırdı.
İtaliya Dimitrievskinin qapısına 32 zərbə endirdi, dəqiq desək, 32:4. Meydan sahibləri 16 künc zərbəsini yerinə yetirdilər, rəqib isə bir dəfə də bu cür standart vəziyyətdən istifadə etmək imkanı qazanmadı. İtalyanlar topa sahib olmaq baxımından qonaqları iki dəfə üstələdilər. Ümumiyyətlə, kütləvi hücum və uzaqdan çox sayda zərbədən başqa, italyanlar heç nə edə bilmədilər. Fədakarlıq, inanılmaz konsentrasiya Şimali Makedoniyaya qapısını toxunulmaz saxlamağa imkan verdi. Mançini əlavə vaxta hazırlaşarkən, - görünür, bəxtini matçdan sonrakı lotereyada sınamaq istəmirdi - makedoniyalılar əllərinə düşən nadir imkanlardan birini məntiqi sonluğa çatdırdılar. Oyuna əlavə olunmuş üçüncü dəqiqədə Traykovski topu uzaqdan küncə yön vəəlti və bu, bütün İtaliyanı matəmə bürüdü.
Bu uğur portuqaliyalılarla son qarşılaşmanın nəticəsindən asılı olmayaraq, Milevskinin komandası üçün tarixi nailiyyətdir. İtaliya ardıcıl ikinci dəfə Dünya Kubokundan kənarda qalır və bu, sadəcə bir fəlakətdir.