25.03.2022 20:12
492
CSKA (Moskva) klubunun yarımmüdafiəçisi Yusuf Yazıcı RPL-də fevral və mart aylarının ən yaxşı oyunçusu olub.
Bu barədə Premyer Liqanın mətbuat xidməti xəbər verir.
Yazıcı azarkeşlər, “Match Premier” telekanalının və RPL mütəxəssisləri tərəfindən yekdilliklə seçilib. Türkiyəli yarımmüdafiəçi Rusiya çempionatında 4 oyunda 6 qol vurub. Futbolçu mövsümün sonuna kimi Fransa “Lill”indən icarəyə götürülüb.
Qeyd edək ki, mükafata Moskva “Lokomotiv”inin hücumçusu Vilson İsidor, yarımmüdafiəçisi Rifat Jemaletdinov, “Krasnodar”ın yarımmüdafiəçisi Eduard Spertsyan və Kazan “Rubin”inin hücumçusu Vitali Lisakoviç də iddia edirdi.