25.03.2022 20:27
451
Rusiya millisinin futbolçuları millinin Beynəlxalq Futbol Federasiyasının himayəsi altında keçirilən yarışlarda iştirakını müvəqqəti dayandırması ilə bağlı vəziyyətin şokundan artıq çıxıblar.
Bu fikirləri Rusiya yığmasının baş məşqçisi Valeri Karpin deyib.
"Mənə elə gəlir ki, bütün oyunçular bunu artıq yaşayıblar. Onlar ağladılar, bəlkə də artıq özlərinə gəliblər", - TASS Karpinin sözlərindən sitat gətirir.
Fevralın 28-də FİFA və UEFA Ukraynadakı vəziyyətlə əlaqədar Rusiya klub və milli komandalarının beynəlxalq yarışlarda iştirakını müvəqqəti dayandırıb. Rusiya Futbol İttifaqı FİFA və UEFA-nın qərarlarından İdman Arbitraj Məhkəməsinə apellyasiya şikayəti verib.