bazar ertəsi, 25 noyabr 2024

BİZİM FUTBOL

De Byazi: “Çoxlu fərdi səhvlərə yol veririk”

26.03.2022 11:54 Oxundu 456


Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi səfərdə Maltaya 0:1 hesabı ilə uduzduqları yoldaşlıq görüşündən sonra mətbuat konfransında oyun barədə təəssüratını bildirib:

"Belə qarşılaşmalar bizim üçün yaxşı dərs olmalıdır. İstədiyimiz oyunu sərgiləyə bilmədik. Rəqib bizdən yaxşı oynadı və topa nəzarət edən tərəf oldu. İkinci hissənin əvvəlində fərqlənə bilərdik, amma rəqib bunu bacardı. Çoxlu qollar buraxmağımız məni narahat edir. Oyunumuzdan narazı qaldım. Futbolçulardan daha çox şey gözləyirəm. Onlar əllərindən gələni etməlidilər ki, yaxşı nəticələr qazana bilək. Dünən demişdim ki, taktiki baxımdan dəyişikliklər ola bilər. İndi edə bilməsək, nə vaxt edəcəyik? Çox narazıyam. Hər şey istədiyimiz kimi alınmadı. Bəzi oyunçulardan daha çox şey gözləyirəm. Çoxlu fərdi səhvlərə yol veririk. Bu da məni narahat edir. Malta təxminən bizimlə eyni səviyyədədir. Yaxşı nəticələr qazanmaq üçün daha istəkli olmalıyıq".