bazar, 24 noyabr 2024

DÜNYA FUTBOLU

Lionel Messi: "Dünya çempionatından sonra çox şeyləri yenidən düşünməli olacağam"

26.03.2022 12:30 Oxundu 498

Argentina millisinin hücumçusu Lionel Messi DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Venesuela üzərində qələbədən (3:0) razə qaldığını bildirib.

"Komanda ilə bu birliyi azarkeşlərdən gözləyirdim. Uzun müddət milli komandada xoşbəxt idim, hələ Amerika Kubokunu qazanmazdan əvvəl. İnsanlar mənə məni sevdiklərini göstərirlər və onlara minnətdaram.
Dünya çempionatından sonra çox şeyi yenidən düşünməli olacağam”, - deyə millinin rəsmi saytı Messinin sözlərindən sitat gətirib.