çərşənbə axşamı, 22 aprel 2025

BİZİM FUTBOL

David Manka: "Komandamın performansından çox məmnunam"

26.03.2022 13:10 Oxundu 604


Malta yığmasının baş məşqçisi David Manka evdə Azərbaycan milli komandasına 1:0 hesabı ilə qalib gəldikləri yoldaşlıq görüşündən sonra keçirilən mətbuat konfransında oyun barədə təəssüratlarını bölüşüb.

"Çox yaxşı oynadıq və praktik olaraq, bütün görüşü nəzarətdə saxladıq. Bəlkə hesabla bağlı nə isə demək olar. Oyun ərzində fərqi artırmaq üçün fürsətlərimiz oldu. Növbəti oyunlarda belə imkanlardan yararlanmağa çalışacağıq. Amma komandamın performansından çox məmnunam və bu, bizim üçün ən vacib məsələdir".