28.03.2022 13:12
468
Rusiyanın ÇSKA futbol klubunun yarımmüdafiəçisi Yusuf Yazıcı Türkiyə millisinin düşərgəsində ciddi zədə almayıb. Bu barədə TASS-a futbolçunun agenti Adem Çebeçi məlumat verib.
"Yusifə ciddi heç nə baş verməyib. Bu, yorğunluqdan yaranan spazmodik ağrı idi. Ehtiyat tədbiri olaraq onun vəziyyəti izlənilir", - Çebeçi deyib.
Xatırladaq ki, Türkiyə Futbol Federasiyasının mətbuat xidməti martın 27-də yarımmüdafiəçinin zədə səbəbindən bazar günkü məşqi buraxdığını bildirib. Türkiyə millisi martın 29-da Konya şəhərində İtaliya yığması ilə yoldaşlıq oyunu keçirəcək.