28.03.2022 15:05
452
"Sabah oynaya, qol vura və qələbə qazana bildiyimizi göstərəcəyik. Matça yaxşı əhval-ruhiyyədə hazırlaşmışıq. Bizi maraqlı oyun gözləyir".
Bunu Latviya yığmasının futbolçusu Vladislav Qutkovski Azərbaycan milli komandası ilə yoldaşlıq görüşündən əvvəl mətbuat konfransında deyib.
Qutkovskinin sözlərinə görə, martın 25-də Maltada Küveytlə 1:1 hesablı heç-heçə etdikləri ilk yoldaşlıq görüşündə yaxşı çıxış ediblər: "Həmin qarşılaşmada məşqçilərimizin istədiklərini etdik. Bu element üzərində əlavə işləməliyik".