bazar, 24 noyabr 2024

DÜNYA FUTBOLU

Mançini İtaliya millisində qalır

28.03.2022 15:41 Oxundu 472
 
İtaliya yığmasının baş məşqçisi Roberto Mançini 2024-cü il Avropa çempionatına qədər komandada qalmağa razılaşıb. TASS xəbər verir ki, bu barədə Mançini mətbuat konfransında bildirib.
"Bu günlərdə İtaliya Futbol Federasiyasının prezidenti Qabriele Qravina ilə danışdıq, hər şeyi razılaşdırdıq. Hazırkı komanda Dünya Kubokunda qalib gəlmək üçün oynaya bilərdi. Əlbəttə, görməli olduğumuz çox şeylər var. , növbəti oyunlarda nəyisə dəyişəcəyik İndi iki ildən sonra keçiriləcək Avropa çempionatına köklənməliyik”, - Mançini bildirib.
"Biz öz klublarında mühüm təcrübə qazanacaqlarına ümid etdiyimiz gənc oğlanları heyətə daxil edəcəyik. Əsas komandaya düşə biləcək yaxşı futbolçularımız var", - italiyalı məşqçi əlavə edib.