28.03.2022 18:31
469
Rusiya millisi Qətərdə keçiriləcək dünya çempionatına vəsiqə qazanmaq üçün ən yaxşı halda öncə pley-offda çıxış etməlidir.
Bu fikirləri TASS-a müsahibəsində Rusiya milli komandasının baş məşqçisi Valeri Karpin deyib.
"Mən hələ də Rusiya millisinin yayda yarışlarda iştirakına icazə verilməsinə ümid edirəm. Bunun üçün hansı ilkin şərtlərin lazım olduğunu söyləmək mənim üçün çətindir. Vəziyyət hər gün dəyişir. Biz hələ də ən yaxşıya ümid etməliyik",- Karpin deyib.
O, hadisələrin bu cür inkişafının onun üçün möcüzə, yoxsa ədalətin və sağlam düşüncənin təntənəsi olacağı ilə bağlı sualı cavablandırarkən, “Siz dediyiniz kimi, ədalətin və sağlam düşüncənin təntənəsi olacaq”, - deyə əlavə edib.
Xatırladaq ki, RFİ prezidenti Aleksandr Dyukov martın 23-də bildirib ki, CAS Rusiyanın müraciətinə aprel-may aylarında baxmağı planlaşdırır.