bazar, 24 noyabr 2024

DÜNYA FUTBOLU

Yuri Nikiforov: “Başımızı divara çırpmaq mənasızdır”

28.03.2022 19:41 Oxundu 544

Rusiya millisinin sabiq müdafiəçisi Yuri Nikiforov bildirib ki, hazırda Rusiyanın Avropa çempionatına ev sahibliyi etmək hüququ əldə etmək şansı yoxdur.
“Niyə müraciət etdiyimizi bilmirəm. İndi baş verənləri nəzərə alsaq, hətta bu müraciətə baxılmayacağını da demək olar. Düşünürəm ki, heç nə təqdim etməməliydik. Başımızı divara çırpmaq mənasızdır. Hər şey bitənə qədər gözləmək lazımdır. İndiki cəhdlərimizin perspektivi yoxdur. Siyasət çoxdan idmanın bir hissəsi olub. Bunu olimpiyaçılarımızın sadəcə olaraq siyasi səbəblərdən kənarlaşdırıldığı vəziyyət də yaxşı göstərdi.
Təəssüf ki, idman artıq böyük siyasətin bir hissəsidir və ondan qaçmaq mümkün deyil, - “RB Sport” Nikiforovdan sitat gətirir.