29.03.2022 13:06
496
"Barselona"nın prezidenti Joan Laporta komandanın futbolçusu Usman Dembele ilə bağlı vəziyyətdən danışıb.
- Dembeleni bəyənirəm, o, inanılmazdır. Ötən il dekabrın 20-də ona yeni müqavilə təklif etmişdik. Əgər qalmaq istəsə, maaşının azaldılmasına razılıq verməli olacaq. Dembele və onun agenti ilə gələcəkdə nə baş verə biləcəyini təsəvvür etmək çətindir, - “RAC1” Laportadan sitat gətirir.