bazar, 24 noyabr 2024

DÜNYA FUTBOLU

Aleksandr Mostovoy: “Asiya zonasına keçsək, çox şey itirəcəyik”

29.03.2022 14:44 Oxundu 462
 
Rusiya milli komandasının sabiq futbolçusu Aleksandr Mostovoy bildirib ki, Rusiya futbol yığması Asiya Futbol Konfederasiyasına keçsə, çox şey itirəcək.
 “Asiya zonasına keçsək, çox şey itirəcəyik, Asiya hara, Avropa hara? Ancaq hazırda çıxış yolu yoxdur. Bizi Asiyaya buraxsalar, heç kimlə oynamamaqdansa, orada oynamaq daha yaxşıdır. İndi görürük ki, milli komandamız hansısa anlaşılmaz taplanış keçirir. Bu görüşlər istənilən yerdə və istənilən vaxt keçirilə bilər, amma bunun bir məqsədi olmalıdır, - Mostovoy “RİA Novosti”yə bildirib.
Xatırladaq ki, Rusiya Futbol İttifaqının (RFİ) Asiya Futbol Konfederasiyası ilə əməkdaşlığa başlaya biləcəyi barədə xəbərlər dolaşmaqdadır. Bu, RFİ-nin UEFA üzvlüyündən çıxarılması və ya üzvlüyünün dayandırılması halında baş verə bilər.