bazar, 24 noyabr 2024

DÜNYA FUTBOLU

Nikolay Naumov: “Çox güman ki, məsələ bizim xeyrimizə həll olunmayacaq”.

29.03.2022 17:17 Oxundu 483
 
“Lokomotiv”in keçmiş prezidenti Nikolay Naumov FİFA-nın Dohada keçirilən Konqresində Aleksandr Alayevin RFİ-nin mövqeyini müdafiə etmək şanslarını dəyərləndirib.
"Düşünmürəm ki, orda kiminsə təsir gücü yetərli olmayacaq. Əgər Dyukov Alayevin yerinə getsəydi, bu da çətin ki, nəyi isə dəyişərdi. Çox güman ki, məsələ bizim xeyrimizə həll olunmayacaq. Bizi yəqin ki, qurumdan xaric etməyəcəklər, amma 90% üzvlük dayandırılacaq. Əks halda komandamızı dünya çempionatından kənarlaşdırmaq məntiqsiz olardı. Burada isə söhbət Alayevdən getmir.O yaxşı oğlandır,savadlı və gənc mütəxəssisdir,mən onu tanıyıram. O, futbol məsələlərini başa düşür, lakin onun RFİ-nin mövqeyini müdafiə etmək üçün kiməsə təsiri  kifayət edə bilməz”, - Naumov SE-yə bildirib.