29.03.2022 20:15
461
Maltada keçirilən Azərbaycan- Latviya (0:1) yoldaşlıq oyunundan sonra Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi mətbuat konfransı keçirib. Baş məşqçi qarşılaşma barədə fikirlərini açıqlayıb:
“Oyuna yaxşı başlamışdıq. Renat Dadaşovun və Dmitri Nazarovun qol vurmaq şansları oldu, amma bəxtimiz gətirmədi. Təbii ki, oyun Qara Qarayevin qırmızı vərəqəsindən sonra dəyişdi. Oyundan sonra futbolçulara da dedim ki, nəticədən razı ola bilmərik, amma azlıqda qalmağımıza baxmayaraq meydanda əsl komanda gördüm. Son dəqiqələrədək mübarizə apardıq. Bu gün mübarizə aparan futbolçuların çoxu növbəti oyunlarda bizimlə birlikdə olacaq. İyunda Millətlər Liqasında qısa zamanda 4 oyun keçirəcəyik. Daha geniş heyətə ehtiyacımız olacaq. Riçard Almeydanı alqışlamaq istəyirəm. Heyətdəki ən təcrübəli futbolçulardan biridir. Bu yaşda 35-40 dəqiqə dinamik oynadı, yaxşı təsir bağışladı, keyfiyyətini göstərdi. Digər futbolçular Renat Dadaşov, Dmitri Nazarov və Səlahət Ağayev də inamlı təsir bağışladılar. Futbolçulardan razı qaldım. Əlbəttə, nəticə ürəyimizcə olmadı. Bununla belə, oyunda pozitiv məqamlar gördüm”.