29.03.2022 21:43
459
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoldaşlıq görüşündə Bakıda Belarus yığması ilə qarşılaşıb. Qarşılaşma qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Rəqibin heyətində 22-ci dəqiqədə İlya Vasilyeviç, 37-ci dəqiqədə Oleq Nikiforenko və 88-ci dəqiqədə Dmitri Latikov fərqlənib. Azərbaycan millisinin yeganə qolunu isə 84-cü dəqiqədə Rüfət Abdullazadə vurub.