29.03.2022 21:57
447
Azərbaycan yığmasının UEFA Millətlər Liqasının qrup mərhələsindəki sonuncu rəqibi bəlli olub. Qazaxıstan və Moldova milliləri arasında pley-off raundunun cavab oyunununə əsas vaxtı 1:0 hesabı ilə qonaqların xeyrinə başa çatıb. İlk qarşılaşmada 2:1 hesabı ilə Qazaxıstan qalib gəlmişdi.
İki oyunun nəticəsinə əsasən heç-heçə qeydə alındığından, qalibi müəyyənləşdirmək üçün əvvəlcə əlavə vaxt oynanılıb. Burada da tarazlıq pozulmadığı üçün penaltilər seriyasına müraciət olunub. Daha dəqiq oynayan Qazaxıstan yığması (5:4) C Liqasındakı yerini qoruyub və 3-cü qrupda Azərbaycan millisinə rəqib olub.