31.03.2022 15:36
584
FİFA-nın Qətərin paytaxtı Dohada keçirilən 72-ci Konqresində Rusiyanın üzvlükdə şıxarılacağı və ya üzvlüyünün dayandırılacağı gözlənirdi. Lakin Konqresdə bu məsələ müzakirəyə çxarmayəb. Əksinə, rus dili FIFA-nın rəsmi dilindən biri kimi qəbul olunub.
Federasiyalardan 187-si bunun lehinə, 4-ü isə əleyhinə səs verib.
Rus dili ilə yanaşı, portuqal və ərəb dilləri də rəsmi dil kimi qəbul edilib.
Daha əvvəl ingilis, ispan və fransız dilləri ali futbol qurumunun rəsmi dil statusunu əldə edib.
Ali qrumun yığıncağıda Pakistan, Zimbabve və Keniyanın FIFA-ya üzvlüyü dayandırılıb.Xatırladaq ki, fevralın sonlarında FIFA və UEFA Rusiya klubları ilə yığmalarını Ukraynaya hərbi müdaxilə səbəbindən beynəlxalq yarışlardan müvəqqəti uzaqlaşdırıb. Rusiya Futbol İttifaqı (RFİ) qərardan İdman Arbitraj Məhkəməsinə (CAS) apellyasiya verib. Məsələyə aprel-mayda baxılacağı gözlənilir.