bazar, 24 noyabr 2024

GÜLƏŞ

Güləşçimiz mərhələ adlayıb

31.03.2022 15:51 Oxundu 663


Azərbaycanın qadın güləşçisi Elis Manolova Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında yarımfinala vəsiqə qazanıb.

65 kq çəki dərəcəsində çıxış edən idmançı B qrupundakı ilk görüşündə Tetyana Rijkoya (Ukrayna) məğlub olsa da, ardından Viktoriya Vessoya (Estoniya) qalib gəlib.

Vesso sonrakı görüşlərdə uduzduğu üçün Manolova mərhələ adlayıb. O, finala gedən yolda Krista İntse (Rumıniya) ilə üz-üzə gələcək.

Bu gün, həmçinin digər qadın güləşçilərdən 50 kq-dakı Türkan Nəsirova və 59 kq-dakı Alyona Kolesnik bürünc medal uğrunda görüşə çıxacaq. Onlar müvafiq olaraq Anna Lukasyak (Polşa) və Elene Hayke Brugger (Almaniya) ilə görüşəcək.