31.03.2022 16:22
449
Canni İnfantino FİFA prezidentliyinə namizədliyini irəli sürəcəyini açıqlayıb.
Beynəlxalq Futbol Federasiyasının (FİFA) hazırkı prezidenti, isveçrəli Canni İnfantino 2023-cü ildə təşkilatın rəhbəri seçilmək üçün namizədliyini irəli sürəcəyini açıqlayıb. TASS yazır ki, İnfantino bu barədə FİFA Konqresində danışıb.
"73-cü Konqresdə seçiləcək FİFA prezidenti postuna namizədliyimi irəli sürəcəyəm”, - İnfantino bildirib.
Seçki təqvimi çərşənbə günü FİFA Şurasının iclasında təsdiqlənib. Təqvimə əsasən, seçki dövrü 2022-ci il martın 31-də başlayacaq. Müraciət üçün son tarix qurultaya dörd ay qalmış, qəbul edilmiş namizədlərin seçkiyə buraxılması haqqənda bildiriş müddəti isə qurultaya bir ay qalmış başa çatacaq.