bazar, 24 noyabr 2024

DÜNYA FUTBOLU

Əlcəzair və Misirdən pley-off oyunlarının təkrar keçirilməsini istəyir

31.03.2022 16:57 Oxundu 453
 
Əlcəzair Futbol Federasiyası 2022-ci il Dünya Çempionatının seçmə mərhələsi çərçivəsində Kamerunla pley-off matçının təkrarı üçün FİFA-ya müraciət etmək niyyətindədir.
Bu barədə "La Gazette du Fennec"in məlumatın verib.
Məlumatda bildirilir ki, Əlcəzairlilər hakim səhvlərinin nəticəyə təsir etdiyini düşünərək, hakimlikdən narazı qalıblar. Bundan əlavə, oyunun əsas vaxtına əlavə olunmuş 4-cü dəqiqədə vurulan qolla Kamerunun qarşıdurmadan qalib ayrılmasını da hakimin qərəzli olması ilə əlaqələndiriblər.
“Youm7”nin məlumatına görə, oxşar tələb Misir Futbol Assosiasiyası tərəfindən də edilir. Amma burada iddialar artıq Seneqaldakı matçın təşkilatçılarına yönəlib.  Belə ki, “Fironlar”ın azarkeşləri və oyunçuları müxtəlif hücumlara məruz qalıblar. Penalti zərbəsi zamanı hücumçu Məhəmməd Salahın gözlərinə tribunadan lazer şüalar yönləndirilərək onun dəqiq zırbə vurmasına mane olublar. Bundan başqa, avtobus sürücüsü Misir milli komandasının oyundan əvvəl stadiona çatmasını ləngitmək üçün bilərəkdən aşağı sürətlə sürdüyü iddia edilir.