bazar, 24 noyabr 2024

BİZİM FUTBOL

21-ci turin ilk günündə 9 qol

03.04.2022 00:27 Oxundu 625


Futbol üzrə Azərbaycan Premyer Liqasında XXI turun açılış matçında "Qarabağ" "Səbail"i qəbul edib. "Azersun Arena"da keçirilən görüş "köhlən atlar"ın 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçda hesab erkən qolla açılıb. 3-cü dəqiqədə fərqlənən Leandro Andrade Ağdam klubunda ilk qolunu vurub. Kabo-verdeli yarımmüdafiəçi 41-ci dəqiqədə dubl edib. 53-cü dəqiqədə Ramil Şeydayev qonaqların növbəti dəfə məyus edib. 3 dəqiqə sonra yenidən səhnəyə çıxan Azərbaycan millisinin hücumçusu özünün 2-ci, komandasının isə 4-cü qolunun müəllifi olub. 62-ci dəqiqədə "dənizçilər" hesab arasındakı fərqi azaldıblar. Nikolas Raysel penaltini dəqiq yerinə yetirib. Görüşdə son nöqtəni isə Elvin Cəfərquliyev qoyub. 86-cı dəqiqədə rəqib qapısına yol tapan müdafiəçi yekun hesabı müəyyənləşdirib.

Günün ikinci matçında "Sumqayıt" "Sabah" komandasını qəbul edib. Baş hakim Kamal Umudlunun idarə etdiyi qarşılaşma qonaqların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Hesabı 22-ci dəqiqədə Aleksey İsayev açıb. Bundan 3 dəqiqə sonra Xuan Kamara fərqi artırıb. Oyunda son nöqtəni isə 50-ci dəqiqədə uzaq məsafədən baxımlı qolla Coy-Lens Mikels qoyub.