bazar, 24 noyabr 2024

BİZİM FUTBOL

Aleksey Baqa: “Heç bir bəhanə axtarmamalıyıq”

03.04.2022 01:13 Oxundu 578


"Sumqayıt"ın baş məşqçisi Aleksey Baqa evdə "Sabah" komandasına 0:3 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında qarşılaşma haqqında fikirlərini bildirib:

"Rəqibi gözəl oyun və qələbə münasibətilə təbrik edirəm. Hücum xəttində qeyri-dəqiqliklərimiz çox oldu. Fiziki yorğunluqdan şikayət etməyə haqqımız yoxdur. Avropa ilə müqayisədə Azərbaycanda futbolçular xeyli az oyun keçirirlər. Yalnız ustalıq səviyyəsi lazımdır.Bu gün qapımıza vurulan qollar elə idi ki, onları qapıdan heç traktorla da çıxarmaq mümkün deyildi. Amma biz heç bir bəhanə axtarmamalıyıq. Səhvlər üzərində işləməliyik. Bura yanvarın 5-də gəlmişəm. Heç nədən şikayətlənmirəm. Bu, bizim peşəmizdir. Peşmançılığım da yoxdur. Komanda ilə çətin anlar yaşayırıq. İş prosesi zamanı yeni fikirlər ortaya çıxır. Düzgün yerə gəlmədiyimi desəm, bu, futbolçularımız üçün də yaxşı olmazdı".

Baqa start heyətdə meydana çıxmış yeni transfer Andrey Popoviçin artıq 3 həftədir komanda ilə birgə məşq etdiyini vurğulayıb: "Əlbəttə, oyun praktikası yox idi. Amma bizim müqaviləli oyunçumuzdur və tamhüquqlu üzvümüzdür. İndi hazırlıq səviyyəsi barədə danışa bilmərik. Ailəsi Ukraynadadır. Daim ailəsi ilə əlaqədədir. O, bəzi epizodlarda bizi xilas etdi, bəzilərində isə inamsız oynadı. Amma ümumilikdə 100 faiz hazırlıqlı olduğunu deyə bilmərik".