03.04.2022 20:48
458
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXI turunda ikinci günün ilk görüşündə “Qəbələ” "Keşlə"ni qəbul edib. Oyun 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
İlk qolu 32-ci dəqiqədə "Keşlə"nin futbolçusu Merab Qiqauri baxımlı qolla hesabı açıb. “Qəbələ”nin heyətində 46-cı dəqiqədə meydana daxil olan Omar Hani 47-ci dəqiqədə tarazlığı bərpa edib.
51-ci dəqiqədə qonaqlar azlıqda qalıb. Tərlan Quliyev top uğrunda mübarizə zamanı "Qəbələ"nin legioneri Rafael Utziqi vurmağa cəhd etdiyi üçün birbaşa qırmızı vərəqə alıb. Meydan sahibləri say üstünlüyündən yararlana bilməyib. Beləliklə, tərəflər hərəyə 1 xalla kifayətlənməli olub.