bazar, 24 noyabr 2024

BİZİM FUTBOL

Rəşad Sadıqov: “Son dəqiqədə buraxılan qol məyus edir”

03.04.2022 21:22 Oxundu 509


"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov səfərdə "Neftçi" ilə 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra q:arşılaşma haqqında fikirlərini bölüşüb:

"Qələbə də qazana bilərdik. Amma alınmadı. Qol epizodlarımız olsa da, yararlana bilmədik. Komanda bu gün möhtəşəm idi. Ən yaxşı oyunlarımızdan birini keçirdik. Komandanın oyunundan razı qaldım. Sonadək mübarizə apardıq. Bu gün rəqibimiz ötən ilin çempionu idi. Səfərdə onlara qarşı bu cür futbol oynamaq ürək və bacarıq tələb edir. Futbolçular bu gün onu meydanda göstərdilər. Qol epizodlarımız var idi. Topa nəzarət də bizdə idi. Sürətli hücumlarımız alınırdı. Azlıqda qaldıq və sistemi dəyişdik. Bu vaxtda da futbolçular ağıllı, intizamlı və özlərinə əmin oyun sərgiləyirdilər. Belə məqamda gözəl qol vurduq və qələbəyə yaxın idik. Lakin sonda qapımıza penalti təyin edildi və iki xal itirdik. Oyundan əvvəl heç-heçə bizi qane edərdi. Matçın gedişatı elə oldu ki, məyus olan tərəf biz olduq. Təbii ki, son dəqiqədə buraxılan qol məyus edir. Bizi daha vacib qarşılaşmalar gözləyir. Bu gün komandamın oynadığı futboldan həzz aldım. Göstərdikləri oyuna görə onları təbrik edirəm".

Baş məşqçi Davit Volkovun birinci hissədə topu əllə önünə almasına da münasibət bildirib: "Həmin epizod mənə də şübhəli gəldi. Açıq-aşkar əli topu önünə atıbsa, qol qeydə alınsaydı, soruşardıq. Həqiqətən elə idisə, baş hakimə bildirmək olardı. Mən belə qolların tərəfdarı deyiləm. Belə qolla qələbə qazanmaq istəmirik. Qol olsaydı, bildirəcəkdik".