bazar, 24 noyabr 2024

DİGƏR NÖVLƏR

İrina Rodnina: “İdmançılarımızın ölkəni kütləvi şəkildə tərk etməsi mənfi reaksiya doğuracaq”

05.04.2022 13:59 Oxundu 536
 
Rusiya Dövlət Dumasının deputatı İrina Rodnina bəzi rus fiqurlu konkisürənlərin vətəndaşlığını dəyişə biləcəyi ilə bağlı məlumatı şərh edib.
“Bəli, idmançılar beynəlxalq arenada yarışmaq istəyirlər, lakin reallığın bizə diktə etdiyi müəyyən şərtlər və məhdudiyyətlər var. İdmançılarımızın ölkəni kütləvi şəkildə tərk etməsinin mənfi reaksiya doğuracağı faktdır. Ancaq bu mənfiliyi qiymətləndirməyi öhdəmə götürmürəm", - “Sport24” Rodninanın sözlərini sitat gətirir.
Xatırladaq ki, fevralın 28-də Beynəlxalq Olimpiya Komitəsi (BOK) beynəlxalq idman federasiyalarına müraciət edərək Rusiya və Belarus idmançılarını yarışlara buraxmamağı tövsiyə edib. Bundan sonra Beynəlxalq Konkisürmə İttifaqı (ISU) Rusiya və Belarus idmançılarını yarışlardan kənarlaşdırıb. Onlar üçün beynəlxalq mövsüm başa çatıb.