05.04.2022 14:48
532
Azərbaycan əslli keçmiş futbolçu Aleksandr Səmədovun “Lokomotiv”lə yolları ayrılıb. Keçmiş yarımmüdafiəçi klubda gənclər futbolu üzrə baş seleksiyaçısı vəzifəsində çalışırdı. O bu vəzifəyə 2021-ci ilin yanvarında təyin olunmuşdu.
Səmədov 2005-2008, həmçinin 2012-2016-cı illərdə "Lokomotiv"də çıxış edib. O, Moskva komandası ilə 3 dəfə (2006/07, 2014/15, 2016/17) Rusiya kubokunu, 1 dəfə isə 2015-ci ildə ölkə Superkubokunu qazanıb.
Səmədov Rusiya millisində 53 oyun keçirib və 7 qol vurub.