05.04.2022 15:31
440
FİFA prezidenti Canni İnfantino DÇ-2022-də İran millisinin İtaliya yığması ilə əvəzlənməsi təklifindən danışıb.
- İtaliya demək olar ki, həmişə Dünya Kuboklarında iştirak edir. Digər ölkələr daha tez-tez iştirak etmək istəyir və onlara daha çox ümid vermək vacibdir. Bu bölünmüş dünyada birləşmək və birlikdə idmanla məşğul olmaq şanslarının daha çox olması vacibdir. İndi ən yaxşı oyunçular ən yaxşı liqalarda oynayır, qalan hər kəs belə hüquqdan məhrumdur, - “Football Italia” İnfantinodan sitat gətirir.
Daha əvvəl “Sky Sports” xəbər vermişdi ki, FİFA qadınların ölkədə stadionlara və idman tədbirlərinə getməsinə qadağa qoyulması səbəbindən İranı turnirdən kənarlaşdırmaq qərarına gələrsə, İtaliya Qətərdə keçiriləcək dünya çempionatının final mərhələsinə vəsiqə qazana bilər.