06.04.2022 03:37
441
UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə start verilib.
İLk oyun günündə iki qarşılaşma keçirilib.
İspaniyanın "Atletiko" (Madrid) klubu İngiltərədə "Mançester Siti"nin qonağı olub. Görüş meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 70-ci dəqiqədə Kevin De Brüyne vurub.
Gecənin digər matçında İngiltərə "Liverpul"u Portuqaliyada "Benfika" ilə qarşılaşıb. Bu oyunda da İngiltərə təmsilçisi qalib gəlib - 3:1. Qonaqlardan 17-ci dəqiqədə İbrahima Konate, 34-cü dəqiqədə Sadio Mane və 87-ci dəqiqədə Luis Dias fərqlənib. Lissabon təmsilçisinin yeganə qoluna isə 49-cu dəqiqədə Darvin Nunyes imza atıb.