bazar, 24 noyabr 2024

DÜNYA FUTBOLU

İrina Rodnina: “Rusiya futbolu bizim kişilərin xroniki xəstəliyidir”

06.04.2022 15:02 Oxundu 432
 
Rusiya Dövlət Dumasının deputatı İrina Rodnina “RB Sport”a müsahibəsində Rusiya futbolunu tənqid edib.
"Medalların, titulların və ictimai marağın sayına görə hesablasanız, Rusiya idman ölkəsidir. Biz harada zəifik? Biz futbolda zəifik! Mən futbola baxmıram, yalnız DÇ-2018-də olmuşam. Futbolu sevmirəm, çox tənbəldir, xüsusən də Rusiya futbolu. Mən İspaniyada “Barselona”nın oyununda olmuşam. Orda idman yox, bir tamaşa gördüm. Onlar topu gözəl ram edirlərr, tamaşaçıları hiss edirlər. Bu gözəl futbol tamaşasıdır! Təhlükəli vəziyyət yarananda oyunçular dərhal düşünür, anı hiss edirlər! Və ən əsası, bunu məmnuniyyətlə edirlər.
Futbolumuza milyonlarla rubl sərmayə qoyulur. Məncə, rus futbolu bizim kişilərin xroniki xəstəliyidir. Tənbəl qaçırlar, həm də pul qoyurlar. Abramoviç "Çelsi"yə sərmayə qoydu və uğur qazandı. Həmişə düşünürəm ki, əgər siz özünüzə peşəkar deyirsinizsə, niyə ölkənin və şirkətlərin büdcəsinə göz dikirsiniz? Peşəkar çox qazanmamalı, pul qazanmağı öyrənməlidir.
Mənə elə gəlir ki, bizdə peşəkar futboldan daha çox həvəskar futbol insanlara həzz verir. SSRİ-də insanlar stadionlara axışırdılar, Yaşini tanıyırdım. Dasaev, Ponomarev, Netto, Streltsov kimi şəxsiyyətlər görmüşəm. Onların oyunu başqa idi”, - Rodnina bildirib.