bazar, 24 noyabr 2024

DÜNYA FUTBOLU

RFİ İqor Panini hakimlikdən kənarlaşdırmağı planlaşdırır

06.04.2022 15:35 Oxundu 456
 
Hakim İqor Panin böyük ehtimalla Rusiya Premyer Liqasında (RPL) və Birinci dəstədə (FNL) oyunları idarə etməkdən kənarlaşdırılacaq. Daha əvvəl Rusiya Futbol İttifaqının (RFİ) ekspert-hakim komissiyası RPL-in 23-cü turunun “Spartak” – “Lokomotiv”, “Krasnodar” – “Dinamo” və CSKA – “Ural” matçlarında üç hakimin kobud səhvlərə yol verdiyini etiraf edib. RFİ Hakimlər Komitəsinin növbəti iclasında hakimlərin həmin səhvləri müzakirə olunacaq. Bu barədə “RB Sport” xəbər verir.
Mənbənin məlumatına görə, RFİU CSKA - Ural görüşünün baş hakimi İqor Panini RPL və FNL oyunlarından kənarlaşdırmağı planlaşdırır. O, görüşün lap sonunda kbud səhvə yol verərək “hərbçilərin” qapısına penalti təyin etməyib.  Özü də bu qərarı VAR-dan istifadə edərək uzun müddət təkrarı izlədikdən sonra verib. Onu da qeyd edək ki, bu, hakim son bir həftə ərzində idarə etdiyi ardıcıl ikinci oyunda bu səhvə yl verib: Bundan əvvəl o, FNL-in "Rotor" - "Nefteximik" matçında "iki" alıb. Həmin oyunda qonaq komandanın oyunçusunu meydan qovmalı olduğu halda bunu etməyib. Komitə digər hakimlərin, o cümlədən video köməkçi hakimlərin işinə də baxacaq. Ola bilər ki, Panin cəzalanan yeganə hakim olmasın.