06.04.2022 15:48
459
"Liverpul"un baş məşqçisi Yurgen Klopp Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda "Benfika"nı məğlub etdikləri (3:1) oyundan sonra portuqaliyalıları qapıçının ünvanına xoş sözlər yağdırıb.
"Gözlənildiyi kimi, çətin matç oldu. Azarkeşlər "Benfika"ya böyük dəstək verirdilər. Biz bilirdik ki, 2:0 xoş, lakin həlledici üstünlük deyil. Onlar qol vurdular və oyun daha açıq futbola keçdi. Bəlkə də onların qapıçısıbu günün ən yaxşı oyunçu idi. Biz adətən belə vəziyyətlərdə daha çox qol vururuq, lakin bu gün qapışının yaxşı seyvlərinə görə çox şey edə bilmədik”, - UEFA-nın rəsmi saytı Yurgen Kloppun sözlərindən sitat gətirir.