06.04.2022 15:54
448
"Benfika"nın baş məşqçisi Nelson Verissima Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda "Liverpul"a uduzduqları (1:3) oyundan sonra deyib ki, qonaqların üçüncü qolu Lissabonluların şanslarını çox çətinə saldı.
"Qapılar bizim üzümüzə bağlı deyil, sansımızı tam itirməmişik. Amma buraxılan üçüncü qolu nəzərə alsaq, işimiz çətinə düşüb. Müəyyən məqamlarda rəqibin zəif cəhətlərindən istifadə etməyə çalışdıq. İkinci hissəni birincidən daha yaxşı oynadıq", - UEFA rəsmi Nelson Verissimadan saytı sitat gətirir.