06.04.2022 16:11
467
"Atletiko Madrid"in baş məşqçisi Dieqo Simeone Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda "Mançester Siti"yə uduzduqları (0:1) oyundan sonra rəqibin heyətini düzgün təxmin etmədiyini bildirib.
"Matç çox çətin keçdi. Rəqib üç yüksək səviyyəli oyunçunu buraxmamışdı və onları eyni dərəcədə əla oyunçularla əvəzlədi.
Etiraf edim: Fodenin start heyətində çıxacağını düşünürdüm. Onu da deyim ki, “Siti”nin oyununa baxmaq zövq verir. Nə qədər təmkinlə oynayan komandadır! Amma həm biz, həm də rəqib bir şeyə - qələbəyə can atırdıq”, - UEFA-nın rəsmi saytı Dieqo Simeonedən sitat gətirir.