bazar, 24 noyabr 2024

DÜNYA FUTBOLU

Benzemanın benefisi, “Bavariya”nın məğlubiyyəti

07.04.2022 03:25 Oxundu 698

UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk matçlarına yekun vurulub.

Son oyun günündə də 2 qarşılaşma keçirilib.

İngiltərədə turnirin son qalibi "Çelsi" ilə ən titullu qalibi İspaniya "Real Madrid"i arasında keçirilən görüş qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb. "Kral klubu"nun heyətində Kərim Benzema het-trik edib. Meydan sahiblərinin qolunu isə Kay Haverts vurub.

Gecənin digər matçında Almaniyanın "Bavariya" komandasıı İspaniyada "Vilyarreal"ın qonağı olub. Əvvəlki raundda İtaliya nəhəngi "Yuventus"u mübarizədən kənarlaşdıran La Liqa təmsilçisi növbəti sensasiyaya imza atıb. İspanlar Arno Qrüneveldin vurduğu qolla Münhen klubuna qalib gəlib. Bu, Bundesliqa təmsilçisinin cari mövsüm Çempionlar Liqasında ilk məğlubiyyəti olub. Komanda həmçinin, bu mövsümdə ilk dəfə meydanı qol vurmadan tərk edib.

Komandalar arasında cavab oyunları aprelin 12-də olacaq.